Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldılar
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə İmişli rayon sakini Hüseyn Hüseynzadənin idarə etdiyi “Mercedes-Benz” və Lənkəran rayon sakini Ağasəlim Məmmədzadənin idarə etdiyi “Khazar” markalı avtomobillər Abşeron rayonu ərazisində saxlanılıblar.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən hər iki sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barələrində İnzibati Xətalar Məcəlləsinin 327, 332, 333, 342-ci maddələri ilə protokollar tərtib edilib.
Məhkəmənin qərarı ilə Hüseyn Hüseynzadə 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 7 gün müddətində inzibati qaydada həbs, Ağasəlim Məmmədzadə isə 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 400 manat məbləğində cərimə olunublar.
Oxşar xəbərlər
Bakıda qız söhbətində qan düşdü: Məktəbin yanındakı cinayətin TƏFƏRRÜATI - FOTO
Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində 2020-ci il sentyabrın 25-də Məhəmməd Əzimov bıçaq xəsarətləri alır. Yaralı Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbə...