Narkotikin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olundu

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olundu
Hadisə 84

Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən nəzarət-profilaktik tədbirlər zamanı hərəkətdə olan “VAZ” markalı avtomobilin dövlət nömrə nişanı standartlara uyğun olmadığı üçün sürücüsünə “saxla” işarəsi verilib.

Həmin nəqliyyat vasitəsini idarə edən Həbib Həmidovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən H.Həmidovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və o, 400 manat məbləğində cərimələnib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər