Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.Bildirilib ki, rayon sakini Emil Usubovun sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.
Sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə edib sükan arxasına əyləşdiyi məlum olub.
Polis şöbəsində E.Usubov barəsində toplanan materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə o, 10 sutka inzibati həbs edilib.
Oxşar xəbərlər
Polisdən əməliyyat - Qadınlar narkotiklə saxlanıldı - ANBAAN VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalç...