Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən Amid Xancanov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı marixuana, yaşadığı ünvandan isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 22 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Həyətyanı sahəsini narkotik plantasiyasına çevirən qadın saxlanıldı - FOTO
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində narkotik vasitələrin satışı və narkotik tərkibli bitkilərin kultivasiyası ilə...