Narkotik qəbul edib ağır qəza törətdi, 4 il həbs aldı - Azərbaycanlı reperin dəhşətli həyatı - VİDEO

Narkotik qəbul edib ağır qəza törətdi, 4 il həbs aldı - Azərbaycanlı reperin dəhşətli həyatı - VİDEO
Video
Hadisə 402

Azərbaycanlı reper Elmin Quliyev (Elley) Moskvada törətdiyi ağır yol-nəqliyyat hadisəsinə görə 4 il həbs cəzası alıb.

BAKU.WS "Moskva-Baku" xəbər saytına istinadən xəbər verir ki, ötən ilin 21 sentyabr tarixində Elleyin avtomobili səkiyə çıxıb və üç insanı vurub. Reper hadisədən sonra zərərçəkənlərin tibbi xərclərini qarşılayacağını açıqlamışdı.

Narkotik qəbul edib ağır qəza törətdi, 4 il həbs aldı - Azərbaycanlı reperin dəhşətli həyatı - VİDEO

Qəzadan dərhal sonra 27 yaşlı Quliyev ekspertizaya göndərilib və onun qanında və sidiyində narkotik maddələr aşkar edilib. Reper isə özünü müdafiə edərkən kürəyində ağrılara görə ağrıkəsici qəbul etdiyini söyləyib.

Elley bu qəzaya kimi dəfələrlə yol hərəkəti qaydalarını pozub. Onun adına 2020-ci ildə 49 cərimə yazılıb.

Narkotik qəbul edib ağır qəza törətdi, 4 il həbs aldı - Azərbaycanlı reperin dəhşətli həyatı - VİDEO

Reperin başına bədbəxt hadisə gəlməsə idi, şou-biznesdə müvəffəqiyyətlərə nail ola bilərdi. O, 1993-cü ildə Bakıda doğulub. Təxminən 5 il əvvəl Moskvaya köçüb. Rusiyanın paytaxtında o şəxsi mahnılarını yazaraq klublarda çıxış edirdi. 2020-ci ilin martında reper "Venera" trekinə klip çəkdirib və "YouTube"da bu videoya 700 min baxış gəlib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər