Narkotik iynə vuraraq itləri bir-birlərinə yedirdən şəxslər tutuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən təşkil edilmiş it döyüşlərini əks etdirən videogörüntülər paylaşılmışdı.
Bununla bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov BAKU.WS-ə bildirib ki, məsələ dərhal Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülmüş və araşdırılması üçün göstəriş verilmişdir:
“Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərdə əks olunan 6 nəfərin hər birinin şəxsiyyəti müəyyən edilmiş və onlardan 4-ü – Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyev saxlanılmışlar.
Onların törətdikləri əmələ uyğun məsuliyyətin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Digər 2 nəfərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İlkin araşdırmalarla o da müəyyən edilmişdir ki, sosial şəbəkələrdə yayılan videogörüntülər 2019-cu ilin sentyabr ayında Abşeron rayonu ərazisində çəkilmişdir”.
Oxşar xəbərlər
Baş prokuror əməliyyat müşavirəsi keçirib
Yanvarın 4-də Baş Prokurorluqda 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əm...