Narkotacirdən döyüş sursatı götürüldü - FOTO/VİDEO

Narkotacirdən döyüş sursatı götürüldü - FOTO/VİDEO
Foto Video
Hadisə 188

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu sursat saxlayan və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotik vasitələrin satışında şübhəli bilinən Oqtay Ağayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan avtomat silahına məxsus 21 ədəd patron və kibrit qutularında qurudulmuş marixuana aşkarlanıb.

Keçirilən digər əməliyyat-axtarış tədbiri nəticəsində isə şəhər sakini Mahir Mehdiyev saxlanılıb. Onun istifadəsində olan VAZ-21099 markalı avtomobilə baxış keçirilərkən maşının yük hissəsində sellofan torbada gizlətdiyi narkotik vasitə olan qurudulmuş marixauna aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Gəncədə narkotik satan və alan şəxslər saxlanıldı - FOTO

Gəncədə narkotik satan və alan şəxslər saxlanıldı - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisin...

94 Hadisə 09:12 14 yanvar 2022

Son xəbərlər