Nabran yaxınlığındakı yanğına helikopter və 26 texnika cəlb edildi – FOTO/ VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən Xaçmaz, Quba və Şabran rayonlarında açıq sahələrdə, o cümlədən quru ot, kol-kos, biçilmiş və biçilməmiş taxıl sahələri və meşəlik ərazidə baş vermiş yanğınlarla mübarizə hazırda davam etdirilir.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, şimal zonasındakı yanğınların qısa müddətdə söndürülməsi məqsədilə FHN-in ümumilikdə 270 nəfərdən ibarət şəxsi heyəti və 26 ədəd texnikası, o cümlədən 1 ədəd helikopteri cəlb olunub.
İsti və küləkli hava yanğınları yayaraq söndürülməsini çətinləşdirir. Bir sıra ərazilərdə mürəkkəb relyef şəraiti də yanğınsöndürmə işlərinə mane olur.
Qeyd edək ki, yanğınların baş verməsinə səbəb kimi insan faktoru əsas hesab olunur. Hazırda yanğınların başvermə səbəbləri araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Hirkan Milli Parkında yağını söndürmək çətinləşib: Amfibiya təyyarəsi havaya qaldırıldı - YENİLƏNİB
Hirkan Milli Parkında (Astara rayonu ərazisi) yanğın davam edir. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb. Bildirilib ki, yüks...