Məzunla Təhsil Nazirliyi arasında qalmaqal böyüyür: "Nazirliyin şöbə müdiri atasına güvənir"

Məzunla Təhsil Nazirliyi arasında qalmaqal böyüyür: Nazirliyin şöbə müdiri atasına güvənir
Hadisə 3935
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cu il may ayının 13-də verilən 64 saylı qərar , 2001-ci ildə qəbul edilən aktlar, Haaqa və Lissabon konvensiyası var. Bununla yanaşı, iki ölkə arasında imzalanan müqavilə varsa o zaman sənədlər ekspertizaya ehtiyac olmadan tanınmalıdır. Ancaq Təhsil Nazirliyi özü yeni bir oyun çıxarıb. Mənə bildirirlər ki, diplomun tanınması üçün ekspertiza keçirilməlidir. Əgər dövlətlər bir-birlərini tanıyırsa və prezidentlər bu sənədləri imzalayırsa, Təhsil Nazirliyi niyə mənim diplomumu yoxlamalıdır? Təhsil Nazirliyi niyə mənim giriş-çıxışıma sorğu göndərməlidir? Nazirliyin nizamnaməsində vətəndaşın giriş-çıxışını yoxlamaqla bağlı hansısa maddə var?"Bu sözləri BAKU.WS-ə açıqlamasında Dağıstan Dövlət Pedaqoji Universitetinin məzunu Orxan Məmmədli deyib. Şikayətçi hesab edir ki, Təhsil Nazirliyi Azərbaycan qanunlarına zidd gedir. "Mənim Təhsil Nazirliyi ilə çəkişməm 2016-cı ilin yanvar ayından başlayır. Artıq 1 il 9 aydır ki, mənim qanuni apostolla təsdiq olunmuş diplomumu Təhsil Nazirliyi tanımaq istəmir. Nazirlik diplomu niyə tanımaq istəmir? Vaxtı ilə Akreditasiya və Nostrifikasiya şöbəsinin əməkdaşı Səbinə Əlizadə məndən rüşvət istəmişdi və mən rüşvətə yox demişdim. Azərbaycan vətəndaşı, cənab prezidentə sadiq bir insan kimi rüşvətə yox dedim. Bu çəkişmə də məhz elə o vaxtdan başladı. Həmin sektorun şöbə müdiri Samir Vəliyev məni qəbul edəndə rüşvət məsələsini ona dedim. Samir Vəliyev isə mənə cavabında kobudluq etdi və ayaq üstə danışmağımı söylədi. Bu hadisədən sonra məhkəmə prosesi başladı". Orxan Məmmədli bildirib ki, son məhkəmə prosesi oktyabrın 10-da olacaq və həmin məhkəmə prosesində yeni 4 faktı hakimə təqdim edəcək: "Təhsil Nazirliyində Azərbaycanda tədris olunmayan ixtisasları tanıyıblar. Giriş-çıxışında problem olan vətəndaşların sənədlərindəki nöqsanlar göz yumublar. Nazirlik vətəndaşların bərəbərlik hüququnu kobud şəkildə pozur. Zamanı gələndə Təhsil Nazirliyində işləyənlərin qohumluq əlaqələrini açıqlayacam ki, hər kəs bilsin kim kimin qohumudur və kim kimə güvənir. Təhsil Nazirliyinin rəsmi facebook səhifəsində və cənab nazir Mikayıl Cabbarovun səhifəsində məhkəmə prosesi ilə bağlı xəbərləri paylaşdım. Ancaq səhifədən nədənsə həmin paylaşımlar silindi və məni səhifədə əngəllədilər. Cənab nazir bilsə ki, aşağı qurumlarda nə özbaşınalıq var təbii ki, onları cəzalandıracaq. Ancaq görünür Samir Vəliyev atası, sabiq millət vəkili Əhməd Vəliyevə güvənir. Samir Vəliyev Azərbaycanın ən gənc professoru ola bilər. Amma onun pedaqoji təhsili yoxdur. Samir Vəliyev hüquqşünasdır və onun pedoqoqikadan nə xəbəri ola bilər?""Bizim fundamental qorunan hüquqlarımız, qanunlarımız var. Bu qanunlar ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və Milli Məclis tərəfindən təsdiq edilib. 1996-cı ildə imzalanan beynəlxalq konvensiyalar, o cümlədən 2001-ci ildən Azərbaycanın Avropa Birliyinə tam hüquqlu üzvü kimi seçiləndə Ulu öndər o zaman da müəyyən aktlara qol çəkmişdi ki, ölkədə təhsil və təshilin gələcəyi lazımi səviyyədə olsun. Konstitusiyanın 25-ci maddəsində də göstərildiyi kimi Azərbaycan vətəndaşları bərəbər hüquqa malikdir".BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər