Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi SAXLANILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə Nazirliyinin daha bir sabiq vəzifəli şəxsi saxlanılıb.
BAKU.WS-in Qafqazinfo-ya istinadla məlumatına görə, nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev dünən keçirilən əməliyyatla tutulub.
O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir. F.Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Polkovnik Fikrət Mirzəyev 2020-ci il iyun ayında MN-dəki vəzifəsindən çıxarılıb.
Qeyd edək ki, son günlər DTX Müdafiə Nazirliyində baş verən yeyintilərlə bağlı yüksək vəzifə tutmuş şəxslərin həbsi ilə nəticələnən əməliyyatlar keçirib.
Oxşar xəbərlər
Cahangir Hacıyevi Londondan da vurmağa başladılar – Mülklərinə həbs qoyulur
Sabiq bankirin arvadı İngiltərə Milli Cinayət Agentliyinin diqqətini cəlb edib; Zamirə Hacıyevanın Böyük Britaniyadakı mal varlığı təhlükədə; ölkədən böyük miqd...