Moskvadan Azərbaycana gələn mikroavtobus dərəyə yuvarlandı: yaralılar var

06
iyl
2019
17:22
Rusiyanın Voronej vilayətinin Bobrovsk rayonunda içərisində Azərbaycan vətəndaşlarının olduğu “Mercedes-Benz Sprinter” markalı mikroavtobus dərəyə yuvarlanıb. TASS agentliyi xəbər verir ki, hadisə zamanı avtobusda olan 12 nəfərdən 10-u xəstəxanaya yerləşdirilib.Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir. Qəzaya mikroavtobusun ön təkərinin partlaması nəticəsində sürücünün idarəetməni itirməsi səbəb göstərilib. Avtobusda olan şəxslərin hamısı Azərbaycan vətəndaşlarıdır.“RİA Novosti”nin yaydığı məlumata görə, avtobus Moskvadan Azərbaycan istiqamətində hərəkət edirmiş.
Oxşar xəbərlər
Mikroavtobus qəzaya uğradı – Ölən var
Salyan rayonunda ağır yol qəzası baş verib.BAKU.WS xəbər verir ki, Salyan-Noxudlu-Şirvan avtomobil yolunun 3,5-ci kilometrliyindı 1987-ci il təvəllüdlü Anar Azə...
