MN: "Qanunsuz erməni silahlı dəstələrinin fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb"

MN: Qanunsuz erməni silahlı dəstələrinin fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb
Hadisə 23

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri mülki geyimdə Ağdam rayonu istiqamətində yerləşən mövqelərimizin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər