MN: "Ermənilər Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutur, cavab tədbirləri görülür"
17
iyn
2023
12:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərdə yerləşən bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusu tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülür.
Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Oxşar xəbərlər
MN: Ermənilərin müxtəlif istiqamətlərdə təxribatlarının qarşısı alınıb
Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 9-u saat 23:20-dən iyunun 10-u saat 00:35-dək Basarkeçər rayonunun Qaraiman və Günəşli yaşayış məntəqələri isti...