Şəmkirdə qəza - Polis əməkdaşı hadisə yerində öldü

Şəmkirdə qəza - Polis əməkdaşı hadisə yerində öldü
Hadisə 850
Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Çənlibel kəndi ərazisində baş verib. Hərəkətdə olan “Toyota Prado” ilə “VAZ-21010” markalı avtomobilin toqquşması nəticəsində “VAZ”ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sərnişin, rayonun Qasımlılar kənd sakini, 1983-cü il təvəllüdlü Xaliq Ələsgərov isə hadisə yerində ölüb.Məlumata görə X. Ələsgərov Gədəbəy rayon Polis Şöbəsinin Arıqıran və İnəkboğan kəndləri üzrə sahə müvəkkili idi.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər