İmişlidə iki avtomobil toqquşaraq aşıb, xəsarət alanlar var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İmişlidə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə rayonun Soltanmuradlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, İmişli rayon sakini Qasımov İlham Salam oğlunun idarə etdiyi “Dong Feng” markalı avtomobil Cəbrayıl rayon sakini Əsədov Pərvin Şahsuvar oğlunun idarə etdiyi “Toyota” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
TƏBİB Bakıda baş verən ağır qəza ilə bağlı məlumat yayıb - VİDEO - YENİLƏNİB
Dünən Bakıda avtomobil qəzasında yaralanan beş nəfərin müalicəsi davam etdirilir. BAKU.WS xəbər verir ki, bu barədə apa-ya TƏBİB-dən bildirilib. Əlavə olunub ki...