Mingəçevirdə qadının qətlinin TƏFƏRRÜATI: Həyat yoldaşı saxlanıldı - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə 37 yaşlı qadının qətlinin bəzi təfərrüatları məlum olub.
BAKU.WS Report-a istinadən xəbər verir ki, Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü Aytən Sərvan qızı Məmmədova münaqişə zəminində bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib.
Onu qətlə yetirməkdə şübhəli bilinən isə mərhumun keçmiş həyat yoldaşıdır.
Qeyd edək ki, onların iki övladı var və hadisədə şübhəli bilinən şəxs öncələr məhkumluq həyatı yaşayıb.
Artıq cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş əri, 1979-cu il təvəllüdlü Mirzəyev Ceyhun Ömər oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***18:45
Martın 10-da saat 17:30 radələrində Mingəçevir şəhərində yerləşən evlərin birində 1987-ci il təvəllüdlü Məmmədova Aytən Sərvan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan BAKU.WS-ə bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Zaqatalada qətlə yetirilən qadının anası: “Qızıma dörd bıçaq vurub...” - TƏFƏRRÜAT - YENİLƏNİB + FOTO/VİDEO
Zaqatalada qadın keçmiş əri tərəfindən qətlə yetirilib. Hadisə şəhərin Həzi Aslanov küçəsində baş verib. Qımır kənd sakini 34 yaşlı Aygün Həşimova Şamaxı rayon...