Mingəçevirdə müəmmalı ölüm: Mağazasının qapısını açarkən yıxılıb dünyasını dəyişdi

Mingəçevirdə müəmmalı ölüm: Mağazasının qapısını açarkən yıxılıb dünyasını dəyişdi
Hadisə 128

Mingəçevir şəhərində küçədə meyit tapılıb.

BAKU.WS-in Unikal-a istinadla məlumatına görə, hadisə Mingəçevir şəhəri Günəşli yaşayış massivində yerləşən mağaza qarşısında qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü şəhər sakini Əli Məmmədov ölmüş vəziyyətdə aşkar olunub. Araşdırma və tibbi ekspertiza nəticəsində onun hər hansı fiziki zorakılığa məruz qalmadığı məlum olub.

Qeyd edək ki, hadisə Əli Məmmədovun səhər saatlarında özünə məxsus mağazanın qapısını açmaq istədiyi zaman baş verib. O, qəfil müvazinətini itirərək yerə yıxılıb və orada ölüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər