Mingəçevirdə karantini pozan kafe sahibi və müştəriləri cərimələndi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevir şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən və müştərilərə yerində xidmət edən kafe aşkar edilib.
BAKU.WS DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı şəhər sakini Ramin Aslanovun işlətdiyi kafedə müştərilərə yerində xidmət göstərildiyi müəyyən edilib. Obyektə baxış zamanı oranın sahibi və daha 9 nəfər müştərinin xüsusi karantin qaydalarını pozduqları aşkar olunub.
Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimələniblər və onlara ciddi xəbərdarlıq olunub. Obyekti işlədən R.Aslanov barəsində isə toplanmış material şəhər məhkəməsinə göndərilib.
Qalereya
Oxşar xəbərlər
Bakıda restoranda əməliyyat - Müştərilər saxlanıldı - VİDEO
Səbail rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən restoran aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətində...