“Meyvəli bazarı”nda şort QADAĞASI: “Hamının anası-bacısı var” - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə Bakının Lökbatan qəsəbəsində yerləşən “Meyvəli bazarı”na şort geyinən şəxslərin girişinin qadağan olunmasını əks etdirən foto paylaşılıb.
Bazarda yerləşdirilmiş elan geniş müzakirələrə səbəb olub və belə bir qadağanın qoyulması sosial media istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb.
BAKU.WS xəbər verir ki, Modern.az-ın əməkdaşı “Meyvəli bazarı”nın direktoru Anar Novruzovla əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirib.
O, müzakirələrə yol açan elanın doğru olduğunu təsdiqləyib. A.Novruz bildirib ki, bazar ictimai yer olduğundan belə geyimlə bura gəlmək yolverilməzdir:
“Bəzən çimərlik paltarında bazara gəlirlər. Belə hal yolverilməzdir. Azərbaycanlıyıq, hamımızın anası-bacısı gəlir bazara. Kiminsə elə geyinməsi yaxşı hal deyil. Dənizdən alt paltarında çıxıb bura gələnlərin qarşısını almaq üçün bu bildirişi asmışıq. Elə də ciddi məsələ deyil”.
Qeyd edilib ki, şort qadağası yalnız kişilər üçün nəzərdə tutulur.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...