Məşhur mağazanın filial müdirinin ölümü ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA - YENİLƏNİB

Məşhur mağazanın filial müdirinin ölümü ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA - YENİLƏNİB
Hadisə 987

“Şəxs indi ölməyib, hadisə iyulun 24-də baş verib”.

BAKU.WS xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Baş Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə deyib.

O, faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparıldığını diqqətə çatdırıb:

“Yasamal rayonu, Hüseyn Cavid prospekti 85 ünvanında yerləşən “Kiğılı” geyim mağazasının əməkdaşı olduğu dəqiqdir. Anbar otağında tapılıb, hazırda ölümün səbəbini müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. Ekspertizanın nəticəsi isə 20 günə müəyyənləşəcək”.

*** 09:47

“Ölən şəxs bizim filial müdiri deyil, yalan məlumatdır”.

BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a “Kiğılı” geyim mağazasından bildiriblər.

“Binada belə hadisə baş verib və burada bir neçə mağaza var. Yəni hadisənin “Kiğılı” ilə əlaqəsi yoxdur. Şəxsin isə hansı müəssisədə işlədiyini bilmirik”, - deyə məlumatda qeyd olunub.

***09:08

Bakıda mağaza müdirinin iş yerində meyiti tapılıb.

BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, iyulun 24-də "Kiğılı" geyim mağazasının Elmlər filialının müdiri 1991-ci il təvəllüdlü Rəşid Əliyevin həmin filialın anbar otağında meyiti aşkar olunub.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər