Məşhur aktyor qulluqçusu tərəfindən qarət edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin məşhur aktyoru Necip Memili və yoldaşı Didem Memili evlərinə gələn Fatma adlı qulluqçu tərəfindən qarət ediliblər.
BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, Didem son vaxtlar yüz minlərlə lirəlik zinət əşyalarının yoxa çıxdığını hiss edib.
Cütlük daha sonra evdə kamera quraşdırıb. Qadının əşyaları təmizlik vedrəsinə qoyduğu, daha sonra isə çantalarla evdən çıxardığı görünüb.
Memili və yoldaşı polis bölməsinə gedərək şikayət ərizəsi yazıb.
Fatma əşyaları Didem Memilinin ona verdiyini və zinət əşyalarından xəbərsiz olduğunu bildirib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Dayıdan bacısı qızına qarşı ağlasığmaz əməl: “Fatma yatan otağa girdim…”
Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Xatırladaq ki, öldürülən 18 yaşlı Məmmədova Fatimə Murtuz qızı...