Məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi iddiası ilə bağlı AÇIQLAMA

Məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi iddiası ilə bağlı  AÇIQLAMA
Hadisə 199

Baş Prokurorluq Lənkəranda məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi iddiası ilə bağlı açıqlama yayıb.

Baş Prokurorluqdan BAKU.WS-ə bildirilib ki, bəzi sosial şəbəkə və media səhifələrində Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı məlumatlar yayılıb.

"Bildiririk ki, qeyd edilən faktla bağlı dərhal Lənkəran rayon prokurorluğunda araşdırma başlanıb, hadisənin şahidi olmuş şəxslərin izahatları alınıb, məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər prosessual hərəkətlər yerinə yetirilib.

Qanunvericiliklə nəzərdə tutulmuş qısa müddət ərzində zəruri qərarların qəbul edilməsi və ictimaiyyətin məlumatlandırılması təmin ediləcək", - açıqlamada deyilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İcra başçısının müavini tərəfindən döyüldüyü deyilən yeniyetmə qızın anası DANIŞDI - YENİLƏNİB - FOTO

İcra başçısının müavini tərəfindən döyüldüyü deyilən yeniyetmə qızın anası DANIŞDI - YENİLƏNİB - FOTO

Lənkəranda icra başçısının müavini tərəfindən döyüldüyü deyilən 9-cu sinif şagirdinin anası danışıb. BAKU.WS xəbər verir ki, o, hadisə ilə bağlı anews.az-a açı...

441 Hadisə 14:12 15 iyul 2022

Son xəbərlər