Məktəblərdəki ağlasığmaz hadisələrin arxasında nə dayanır?

Məktəblərdəki ağlasığmaz hadisələrin arxasında nə dayanır?
Video
Hadisə 52

Bakı şəhərində yerləşən 286 nömrəli tam orta məktəbdə yeniyetmənin sinif yoldaşının üzərinə spirt tökərək onu yandırması ilə nəticələnən hadisə məktəblərdə psixoloji xidmətin effektivliyi məsələsini yenidən gündəmə gətirib.

Baku TV-nin məlumatına görə, hadisə ilə bağlı məktəbdə aparılan müşahidələr və şagirdlərlə söhbətlər göstərir ki, onların əksəriyyəti məktəb psixoloqunun fəaliyyətindən ya xəbərsizdir, ya da onunla çox nadir hallarda ünsiyyətdə olur.

Şagirdlərdən biri psixoloqun adını belə bilmədiyini və onunla sonuncu dəfə təxminən yarım il əvvəl görüşdüyünü bildirib. Digər şagird isə qeyd edib ki, psixoloq yalnız bir dəfə profilaktik mövzuda - yanğın təhlükəsizliyi ilə bağlı söhbət aparıb.

Valideynlər arasında aparılan sorğular da birmənalı mənzərə ortaya qoymur. Bəziləri məktəbdə psixoloqun aktiv fəaliyyət göstərdiyini desələr də, digərləri, ümumiyyətlə, belə bir xidmətin mövcudluğundan xəbərsiz olduqlarını bildirirlər.

Təhsil eksperti Ramin Nurəliyev isə hesab edir ki, məktəb psixoloqlarının fəaliyyəti qənaətbəxş deyil. Ekspert məktəb psixoloqları üçün sertifikasiya imtahanlarının keçirilməsini təklif edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər