Məktəbdən çıxarkən maşın vuran şagirdlərlə bağlı YENİ XƏBƏR - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunun Qobu qəsəbəsində yolu keçən iki məktəblini maşın vurub. Hadisə anı təhlükəsizlik kamerasına anba-an düşüb. Sürətlə gələn maşın iki qıza zərblə çırpılaraq onları kənara tullasa da, xoşbəxtlikdən qızlar sağ qalıb.
BAKU.WS xəbər verir ki, hazırda uşaqların vəziyyətinin stabil olduğu bildirilir.
Abşeronda məktəbdən sonra hazırlığa gedən iki şagirdi avtomobil vurub.
Hadisə rayonun Qobu qəsəbəsində baş verib. Qəzanın anba an görüntüləri təhlükəsizlik kamerasına da düşüb. Avtomobilin vurduğu iki qız Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdləridir. Hadisə zamanı hər iki şagird müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dərhal Hökməli kənd poliklinikasına çatdırılıb.
Qobu qəsəbə 2 nömrəli tam orta məktəbindən "XəzərXəbər"ə bildirildi ki, hadisə dərsdən kənar vaxtda baş verib.
Hazırda iki şagirdin vəziyyəti stabil olaraq qalır. Faktla bağlı Abşeron rayon Polis İdarəsində apardırma aparılır.
Oxşar xəbərlər
Azərbaycan məktəbində bullinq: Şagird intihara cəhd etdi - YENİLƏNİB
Ucar Rayon Təhsil Şöbəsi Qaradağlı kənd orta məktəbində təhsil alan şagirdin intihara cəhdi ilə bağlı açıqlama verib. BAKU.WS-in məlumatına görə, qurumdan bildi...