Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun vəfatı ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun vəfatı ilə bağlı paylaşım edib
Hadisə 140

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Xalq artisti Əlibaba Məmmədovun vəfatı ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün böyük və əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq, kiçikdən böyüyə hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun bəstələdiyi gözəl mahnılar məharətlə ifa etdiyi muğamlarla birgə milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Əlibaba Məmmədovun xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Məşhur reperdən Qazaxıstanla bağlı paylaşım - FOTO

Məşhur reperdən Qazaxıstanla bağlı paylaşım - FOTO

Azərbaycanəsilli qazaxıstanlı reper Jah Khalib kimi tanınan Bəxtiyar Məmmədov Qazaxıstandakı matəm günü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. BAKU.WS...

382 Hadisə 11:22 10 yanvar 2022

Son xəbərlər