Məhkəmədən “Elina işi” ilə bağlı QƏRAR - Cinayət işinə xitam verildi
12
sen
2019
12:16
Xəbər verdiyimiz kimi, 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən məktəbin direktoru Sevinc Abbasovanın bu gün məhkəməsi başlayıb.BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.Hadisə ilə bağlı ilk olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmışdı, bu maddəyə istintaq xitam verib.Sevinc Abbasova isə günahsız olduğunu deyib: "Mənim təqsirim yoxdur".İşin icraatına xitam verilməsi üçün vəsatət verilib. Lakin vəsatət təmin edilməyib.Proses sentyabrın 18-də davam etdiriləcək.
Oxşar xəbərlər
Elinanın məktəb direktoru Sevinc Abbasova bu gün hakim qarşısına çıxarılır
Bu il aprelin 4-də təhsil aldığı 162 saylı orta məktəbdə intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən məktəbin direktoru S...