Məhkəmə Qəbələdə həmcinsini boğaraq öldürən qadınla bağlı qərar çıxarıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbələdə qadını qətlə yetirməkdə təqsirləndirilən Kemale Maksumbekovanın barəsində həbs qətimkan tədbiri seçilib.
BAKU.WS xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, Qəbələ Rayon Məhkəməsi K.Maksumbekovanın barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.
Qeyd edək ki, hadisə martın 5-də Qəbələ rayonu ərazisində qeydə alınıb.
Belə ki, K.Maksumbekova 2008-ci il təvəllüdlü oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla onun baş və boyun nahiyyəsini bağlayıblar. Nəticədə A.Əliyeva boğularaq ölüb.
Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
K.Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Oxşar xəbərlər
Qəbələdə öldürülən 23 yaşlı Aytacın FOTOsu
Qəbələdə 23 yaşlı Aytac Əliyevanın ərinin sevgilisinin rəfiqəsi tərəfindən öldürülməsi barədə xəbər vermişdik. BAKU.WS-in məlumatına görə, “qafqazinfo” dəhşətli...