Məhkəmə 55 min manat mənimsəyən xanım mühasiblə bağlı qərar verdi
05
iyn
2024
20:20
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıdakı şirkətlərdən birində mühasib işləyən, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən Bahar Altay qızı Abışovanın sonuncu məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, prokuror 6 il 6 ay hökm oxunmasını tələb etsə də, məhkəmənin qərarı ilə Bahar Abışovaya 2 il müddətinə şərti cəza verilib.
Qeyd edək ki, Bahar Abışova ibtidai istintaq dövründə həbs edilsə də, 13 dekabr 2023-cü il tarixdə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.
Oxşar xəbərlər
Prokuror 55 min manat mənimsəyən xanım mühasibə ağır cəza istədi
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə Bakıda şirkətlərdən birində mühasib işləyən, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə küll...