Mədət Quliyev 1000-ə yaxın şirkətin iştirak etdiyi aviasiya sərgisində - FOTO

Mədət Quliyev 1000-ə yaxın şirkətin iştirak etdiyi aviasiya sərgisində - FOTO
Foto
Hadisə 546

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Dubai Airshow 2021” 17-ci aviasiya sərgisi keçirilir.

Müdafiə Sənayesi Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, iki ildən bir təşkil olunan və 4 gün davam edəcək sərgidə dünyanın 100-dən çox ölkəsindən naviqasiya aparatları, müşahidə və kommunikasiya sistemləri, süni intellekt avadanlıqları, PUA və təyyarələr, kosmik peyk və s. istehsalçısı olan 1 000-ə yaxın şirkət iştirak edir.

Dubayın vəliəhd şəhzadəsi və İcra Şurasının sədri Hamdan bin Məhəmməd bin Rəşid Əl Maktumun iştirakı ilə keçirilən açılış mərasimində Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev də iştirak edib.

Tədbir çərçivəsində Mədət Quliyevin “İnternational Golden Group” şirkətinin icraçı direktoru Fadel Saif Əl Kaabi ilə görüşü baş tutub.

Görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Danışıqlar konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı

“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı

Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...

10898 Hadisə 14:37 19 aprel 2021

Son xəbərlər