Maskalı şəxslər qadını döyüb qızıllarını apardılar
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafa rayonunda quldurluq hadisəsi baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dekabrın 18-də saat 02 radələrində baş verib.
İki nəfər naməlum şəxs Ağstafa şəhəri, N.Nərimanov küçəsi 9 ünvanındakı mənzilin qapısını sındıraraq içəri daxil olublar.
Onlar evdə tək olan Sahibə Ələkbərovanı hədələyərək və fiziki zor tətbiq edərək ona məxsus pul və qızıl-zinət əşyalarını ələ keçiriblər. Maskalı şəxslər daha sonra ərazidən uzaqlaşıblar.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə iş açılıb.
Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...