Maşın ustaları emalatxanada heroinlə tutuldular – FOTO

Maşın ustaları emalatxanada heroinlə tutuldular – FOTO
Foto
Hadisə 2002
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər - əvvəllər də məhkum olunmuşlar 44 yaşlı şəhər sakini Mehman Mehdiyev və rayonun Mican kənd sakini 47 yaşlı Xəyyam Əhmədov saxlanılıb.Daxili İşlər Nairliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, şəxsi axtarış keçirilən zaman onların üzərindən və usta olaraq işlədikləri avtomobil təmiri emalatxanalarından şprislərə doldurulmuş narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.

Oxşar xəbərlər

Keçmiş məhkumun evindən narkotik tapıldı

Keçmiş məhkumun evindən narkotik tapıldı

Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi...

522 Hadisə 12:27 27 aprel 2019

Son xəbərlər