Masazırda BMW ilə Hyundai toqquşdu - Güclü yanğın baş verdi

Masazırda BMW ilə Hyundai toqquşdu - Güclü yanğın baş verdi
Video
Hadisə 208

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı "BMW" və "HYUNDAİ" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və nəticədə "BMW"markalı minik avtomobilində yanğın yarandığı müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "BMW" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Digər avtomobil yanğından mühafizə olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yanan maşını öz avtomobili ilə vurub çıxardı

Yanan maşını öz avtomobili ilə vurub çıxardı

Dünən Yevlax şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birində baş verən yanğınla bağlı bəzi detallar məlum olub. Baku TV-nin məlumatına görə,...

60 Hadisə 23:48 26 avqust 2026

Son xəbərlər