Masazırda 15-ə yaxın mənzildən oğurluq edən dəstə zərərsizləşdirildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı mənzilləri qarət edən dəstə ələ keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Balakən rayonunun Şambul kənd sakini, 43 yaşlı Sərdar Bəyoğluyev tanışı, Bakı şəhər sakini, 40 yaşlı Rövşən Abdullayev və Ağdam rayonunun Seyidli kənd sakini, 48 yaşlı Soltan Məmmədovla qabaqcadan əlbir olaraq Abşeron rayonunun Masazır kəndində ümumilikdə 15-ə yaxın mənzildən oğurluq ediblər.
Dəstə üzvləri mənzillərdən məişət və elektrik avadanlıqları, su nasosu, televizor, təmir-tikinti alətləri aparıblar. Hər üç şəxs tutularaq polis idarəsinə gətirilib və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
"Fədayə Laçın qatarda "Qoca" ilə görüşdü" - Məhbusların qaçmasının yeni DETALLARI
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzr...