Mağazadan pulqabı oğurlayan qadın saxlanıldı - ANBAAN VİDEO - YENİLƏNİB

Mağazadan pulqabı oğurlayan qadın saxlanıldı - ANBAAN VİDEO - YENİLƏNİB
Video
Hadisə 378

Paytaxtın müxtəlif rayonlarında mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılan 1990-cı il təvəllüdlü Səbinə Ağayeva mağazalara daxil olaraq satıcıların fikrini müxtəlif formalarda yayındıraraq çoxsaylı oğurluq əməlləri törətməkdə şübhəli bilinir.

Onun cinayətkar əməllərindən zərər çəkən başqa şəxslər varsa polisə məlumat vermələri tövsiyə olunur.

Araşadırmalar davam etdirilir.

***09:47

Ötən gün paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində geyim mağazasından oğurluq hadisəsi baş verib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilir ki, mağazaya müştəri qismində gələn qadın masanın üzərində olan pulqabını götürərək ərazidən uzaqlaşıb.

Daha sonra həmin şəxs oğurladığı bank kartı ilə alış-veriş də edib.

Həmin görüntüləri təqdim edirik:

Son xəbərlər