Mağazadan oğurluq edən şəxslər saxlanıldılar
Yeniliklərdən dərhal xəbərdar olun
Qax Rayon Polis Şöbəsinə rayonun Qıpçaq kəndində yerləşən mağazadan naməlum şəxslər tərəfindən pul, spirtli və enerji içkiləri, telefon danışıq kartları, siqaret və yuyucu tozları oğurlanması barədə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qıpçaq kənd sakinləri olan üç yeniyetmə saxlanılıb. Onlar törətdikləri cinayət əməlini etiraf edib və oğurladıqlarının bir qismi həmin şəxslərdən maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Mağazadan oğurluq edən üç yeniyetmə saxlanıldı
Qax Rayon Polis Şöbəsinə rayonun Qıpçaq kəndində yerləşən mağazadan naməlum şəxslər tərəfindən pul, spirtli və enerji içkiləri, telefon danışıq kartları, siqare...