Lerikdə sürücüsüz maşın qəfil hərəkət etdi, sərnişin öldü
10
dek
2025
10:23
Lerikdə bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, Lerik rayonunun Tikaband kənd sakini, Akif Ağacanov idarə etdiyi "Niva" markalı maşını Dico kəndində yol kənarında saxlayıb. Sonra özü maşından düşüb.
Bu vaxt minik maşını qəfildən hərəkət edərək dərəyə aşıb. Hadisə nəticəsində maşında sərnişin olan sürücünün bacısı, 1973-cü il təvəllüdlü Yeganə Ağacanova dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Arabasıyla yolu bağlayıb, sürücüləri dəmirlə hədələyən şəxs saxlanıldı
Xocasəndə zibil qutularından əşyalar toplayan şəxsin sürücülərə qarşı aqressiv davranışı narazılıq yaradıb. BAKU.WS xəbər verir ki, həmin şəxs əşyalarla dolu ar...