Lənkəranda yanğın baş verən hotelin bu gün açılışı olacaqmış - FOTO - YENİLƏNİB

Lənkəranda yanğın baş verən hotelin bu gün açılışı olacaqmış -  FOTO - YENİLƏNİB
Foto
Hadisə 263

Lənkəranda yanğın baş verən hotelin bu gün açılış mərasiminin keçirilməsi planlaşdırılırmış.

BAKU.WS report-a istinadən xəbər verir ki, Babək Heydərliyə məxsus iki mərtəbəli, ümumi sahəsi 650 kvadratmetr olan hotel binasının mansar hissəsi tamamilə yanıb.

Hotelin 1-ci mərtəbəsi, həyətdə olan koteclər və yardımçı tikililər yanğından qorunub.

Hadisənin səbəbi araşdırılır.

*** 14:37

Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən “PANORAMA” hotelində baş vermiş yanğın söndürülüb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, xəsarət alan yoxdur.

*** 14:27

Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən “PANORAMA” hoteldə yanğın başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Yanğın davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər