Lənkəranda qanunsuz işləyən şirniyyat istehsalı müəssisəsi aşkarlandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxil olan vətəndaş şikayəti əsasında Lənkəran şəhəri, Kələntərlilər küçəsində fəaliyyət göstərən, Tağıyev Əyyar Təyyar oğluna məxsus şirniyyat istehsalı müəssisəsində plandankənar yoxlama keçirib.
AQTA-dan verilən məlumata görə, baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, temperatur rejiminin pozulduğu, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və rəhbəri barəsində inzibati protokol tərtib edilib.
Qalereya
Oxşar xəbərlər
Yağ istehsalı müəssisəsində nöqsanlar aşkarlandı - FOTO
Masallıda fəaliyyət göstərən yağ istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. A...