Laçında avtomobil qəzasında həlak olan hərbçimiz Xaçmazda dəfn edildi - FOTO - YENİLƏNİB

Laçında avtomobil qəzasında həlak olan hərbçimiz Xaçmazda dəfn edildi - FOTO - YENİLƏNİB
Foto
Hadisə 4

Azərbaycan Ordusunun Laçında avtomobil qəzasında həlak olan hərbi qulluqçusu Səxavət Axundov yanvarın 5-də Xaçmaz rayonunun Sayad kəndinin qəbiristanlığında dəfn olunub.

BAKU.WS Report-a istinadən xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

S.Axundovun tabutuna sarılmış Azərbaycan bayrağı hərbçinin atasına təqdim olunub.

Qeyd edək ki, S.Axundov 2004-cü ildə Sayad kəndində anadan olub. Ailənin ikinci övladı olub. Hərbi xidmətini bitirməyinə 3 ay qalmışdır.

***11:55

Laçında qəzaya düşən hərbi maşında həlak olan əsgər Səxavət Fərasət oğlu Axundov Xaçmaz rayonunun Sayad kənd qəbiristanlığında torpağa tapşırılacaq.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, dəfn saat 12:00-da baş tutacaq. Hazırda əsgər S.Axundovla vida mərasimi keçirilir.

Xatırladaq ki, yanvarın 4-ü saat 09:30 radələrində Laçın rayonun Minkənd kəndində çətin relyefli dağlıq ərazidə “Ural” markalı hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar, daha doqquz hərbçimiz isə xəsarət alıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər