Kürdəmirdə ağır yol qəzası: ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Kürdəmirdə ağır yol qəzası: ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Foto
Hadisə 4

Kürdəmirdə baş verən avtoqəzada xəsarət alanların kimliyi bəlli olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, onlar Ağdam rayon sakinləri - 50 yaşlı İbrahimova Səbinə Vaqif qızı, 53 yaşlı sürücü İbrahimov Zülfüqar İsrəfil oğlu və 13 yaşlı İbrahimli Ayxan Zülfüqar oğludur.

Hadisədə ölən qadının kimliyi hələ ki məlum deyil, onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.

***10:03

Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Kia" markalı minik maşını həmin yolda hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarına aşıb. Qəza zamanı avtomobildə olan bir nəfər ölüb, iki nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər