Kürdəmirdə qaynanası ilə mübahisə edən kişi özünü yandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə intihara cəhd hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqəsində qeydə alınıb.
Belə ki, 37 yaşlı Cəbrayıl rayon sakini Baxışov Anar Qurban oğlu qaynanası, Kürdəmir rayon Ərşəli kənd sakini İsgəndərova Şəlalə Dostumalı qızı ilə mübahisə edib. Bu zaman Anar Baxışov qəsd məqsədilə üzərinə benzin tökərək özünü yandırıb. O, ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər A.Baxışova bədənin çoxsaylı termiki yanığı diaqnozu qoyublar. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Arvadını benzin töküb yandıran şəxsdən YENİ XƏBƏR
Bakı Apellyasiya Məhkəməsində qeyri-rəsmi nikahda olduğu qadının üstünə benzin tökərək yandırmaqda təqsirli bilinən Ceyhun Xudabaxışovun apellyasiya şikayəti üz...