Kürdəmirdə 56 yaşlı kişi intihar edib

30
noy
2023
23:35
Kürdəmirin Comərdli kəndində 56 yaşlı kişi intihar edib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, kənd sakini, 1967-ci il təvəllüdlü İsmiyev Zeynal Rüstəm oğlu özünü yaşadığı evdə kəndirlə asıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələ məlum deyil. Bununla belə, onun 1992-ci ildən əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Z.İsmiyevin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda gənc oğlan intihar edib
Kürdəmirdə 24 yaşlı gənc oğlan intihar edib. BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il tə...
