Kür məcrasından çıxdı, kənd sakinlərinə ciddi ziyan dəydi
Aramsız yağan yağışlar nəticəsində Kür çayında suyun səviyyəsi kəskin artıb, bəzi ərazilərdə çay məcrasından çıxıb.
Baku TV-nin xəbərinə görə, Kürdəmir rayonunun Şüşün, Qaramahmudlu, Sovla, Köhünlü və Söyüdlər kəndlərində 400 hektardan çox əkin sahəsi su altında qalıb.
Sakinlər bildirirlər ki, günlərdir öz imkanları ilə suyun qarşısını almağa çalışsalar da, səviyyənin yüksəlməsi buna imkan vermir.
"Səkkiz hektar yerim var, böyük xərc çəkmişəm, amma indi hamısı suyun altında qalıb. Qarşısını ala bilmirik", - deyə zərərçəkənlərdən biri söyləyib.
Oxşar vəziyyət Sabirabad rayonunda da qeydə alınıb. Ulacalı kəndində ponton körpünün giriş hissəsi su altında qaldığından nəqliyyatın hərəkəti dayandırılıb.
Oxşar xəbərlər
Gəncədə Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü
Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və onunla əlaqəli şəxslərlə bağlı daha bir məsələ məhkəmə müs...