Kür çayında TƏHLÜKƏLİ VƏZİYYƏT
25
may
2026
08:16
Kür çayının Samux rayonundan keçən hissəsində suyun səviyyəsi son bir ayda artıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, xüsusilə rayonun Qaraağaclı kəndi və Kürqırağı ərazilərdə vəziyyət daha da təhlükəli hal almaqdadır.
Belə ki, artıq çayın ətrafındakı meşələrin bir hissəsini su basıb. Bundan əlavə, əkin sahələri də sel təhlükəsi ilə üz-üzə qalıb.
Buna səbəb Gəncə və ətraf rayonlara aramsız yağışların yağmasıdır.
Qeyd edək ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.
Oxşar xəbərlər
"Əsas problem əlaqənin kəsilməsidir" - Su basan kəndin sakinləri danışdılar
İsmayıllının Ərəgit kəndində son günlər aramsız yağan yağışlar nəticəsində sel baş verib. Çay yatağından çıxaraq kəndin böyük bir hissəsi ilə avtomobil əlaqəsin...