Külək keçmiş Nəqliyyat Nazirliyinin binasının damını uçurub, yol bağlanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Tbilisi prospektinin Yasamal rayonu ərazisinə düşən hissəsində yerləşən keçmiş Nəqliyyat Nazirliyinin binasının damının bir hissəsi güclü külək nəticəsində uçub.
BAKU.WS-in APA-ya istinadən verdiyi xəbərə görə, buna görə yolda hərəkət məhdudlaşdırılıb. Hazırda fəsad aradan qaldırılsa da, damın digər hissəsinin uçma təhlükəsi olduğu üçün ərazidə təhlükəsizlik tədbirləri məqsədilə gediş-gəliş məhdudlaşdırılıb.
Bununla əlaqədar Bakı-Sumqayıt şosesi və Biləcəri istiqamətində də tıxac yaranıb.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-ya hazırda həmin istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulduğunu təsdiqləyib.
Qalereya
Oxşar xəbərlər
“Diqlas” Ticarət Mərkəzində baş verən yanğına görə bu yollar bağlanıb – VİDEO
Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı yaxın ərazilərdə yollarda hərəkət məhdudlaşdırılıb.Bu barədə Bakı N...