İkinci kurs tələbəsi özünü sevdiyi qıza görə asıbmış - FOTO - TƏFƏRRÜAT
Yeniliklərdən dərhal xəbərdar olun
11 iyun tarixində Cəlilabad rayonunda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, yaşadığı evdə özünü asan 20 yaşlı tələbə Tural Hətəmov sevdiyi qıza görə həyatına son qoyub. Məlum olub ki, hadisədən bir müddət əvvəl Tural sevdiyi qızdan ayrılıb və bu ayrılıq onda dərin sarsıntı yaradıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının ikinci kurs tələbəsi olan gəncin mobil telefonu və digər əşyaları maddi sübut kimi götürülüb.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
20 yaşlı oğlan intihar edib - FOTO - YENİLƏNİB
Cəlilabad rayonunda intihar edən 2002-ci il təvəllüdlü Hətəmov Tural Mehman oğlunun tələbə olduğu məlum olub. BAKU.WS-in Report-a istinadla məlumatına görə, o,...