İki qurumun arasında qalan Biləcəri sakinləri - Bərbad yollar təmir edilmir - VİDEO

İki qurumun arasında qalan Biləcəri sakinləri - Bərbad yollar təmir edilmir - VİDEO
Video
Hadisə 127

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Biləcəri qəsəbəsində bir qrup sakin yollarının bərbad vəziyyətdə olmasından şikayətçidir. Söhbət Binəqədi şosesi, 2-ci döngə yolu, 314 nömrəli məktəbin arxasındakı yoldan gedir.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə sakinlər müraciət ediblər.

Onların sözlərinə görə, yolun bərbad vəziyyətdə olması nə böyüklərin gündəlik işə gedib-gəlməsinə, nə də azyaşlıların məkətəbə rahat yollanmasına imkan verir.

Acınacaqlı yolun təmiri ilə bağlı həm Binədəqi rayon İcra Hakimiyyəti, həm də Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edilsə də, qurumlar problemi həll etmək əvəzinə, onu bir-birinə yənləndirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər