İki bacanağın öldüyü qəza yerindən - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi ötən gecə Qobustanda iki bacanağın ölümü ilə nəticələnən ağır qəza baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı-Şamaxı yolunun Şıxzahırlı kəndi yaxınlığından keçən hissəsində “Mercedes 190” markalı 10-ZT-481 dövlət qeydiyyat nişanlı avtomobil dərəyə yuvarlanıb.
Avtomobildə olan sürücü, 1985-ci il təvəllüdlü Cavid Mürsəliyev və sərnişini, bacanağı Cavid Həmzəyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Onlardan birinin meyiti avtomobildən çıxaraq dərəyə düşüb.
Bildirilir ki, C.Mürsəliyev Qobustan şəhərində yaşayırmış. Onun bacanağı Cavid Həmzəyev Cəlilabad rayonunda qeydiyyatda olsa da, Qobustan rayon Cəngi kəndində yaşayırmış.
Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.
Qalereya
Oxşar xəbərlər
Qobustanda qəzada xəsarət alan şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə BAKU....