Kəlbəcərdə iki yük avtomobili toqquşub, xəsarət alan var - FOTO
23
dek
2022
16:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kəlbəcərdə iki yük avtomobili toqquşub, xəsarət alan var.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, hadisə bu gün Kəlbəcər rayon Almalıq kəndi ərazisində baş verib.
İki yük avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri Göygöl rayon Toğanalı kənd sakini V.Bayramov yüngül bədən xəsarətləri alıb.
Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...