Keçmiş KQB zabiti Azərbaycan səmasında naməlum uçan obyektdən danışdı
19
avq
2018
13:21
Keçmiş SSRİ KQB-sinin xüsusi şöbəsinin sabiq əməkdaşı, ehtiyatda olan mayor Vasili Kuzminıx iddia edir ki, Azərbaycan əraizisində xidmətdə olarkən nəhəng ölçüdə naməlum obyekt görünüb.Virtualaz.org “Komsomolskaya pravda” nэşrinə istinadən xəbər verir ki, jurnalistlə söhbətində Vasili Kuzminıx ötən əsrin 80-ci illərindən bəhs edib. Onun sözlərinə görə, Azərbaycan SSR-in ərazisində əks-kəşfiyyatda xidmət edib. Həmin zaman Azərbaycan səmasında naməlum uçan obyekt (NUO) görünüb və bu məlumat gizli saxlanıb.“Azərbaycanda xidmət edərkən mən NUO gördüm. Bizim hissənin üstündən obyekt keçdi. Onun diametri... Təyyarəçilər müxtəlif rəqəmlər səsləndirirdilər. Həmin vaxt paralel kurslarda uçan pilotlar onu uzaqdan görmüşdülər, deyirdilər ki, diametri 800 metrə yaxındır. Amma yaxınlıqdan uçanlar bildirirdilər ki, stadion boydadır, hardasa 80 metr. Sadəcə qaz işığına bənzəyən mavi rəngli şar.O, saatda 700 kilometr sürətlə hərəkət edirdi. Bizimlə eyni hündürlükdə. O vaxt buna izahat tapa bilmədik. Belə nəticəyə gəldim ki, bu, bizim biliklərimizdən kənarda qalan bir şeydir. Yeri gəlmişkən, təyyarəçilər bildirirdiklər ki, həmin vaxt havada turbulentlik yox idi, yəni aydın məsələdir: obyektin təbiəti “bizimki” deyildi.Yadımdadır, məndən bu hadisə ilə bağlı bütün sənədləri alandan sonra rəhbərim dedi: “İndi bu kağız-kuğuza görə mən nə nəticəyə gəlməliyəm və hansı raportu yazmalıyam? Qısası, bunların hamısını cırıram! Bəsdir, boş-boş işlərlə məşğul oldunuz! Get, casus axtar”, - Kuzminıx deyib.BAKU.WS
Oxşar xəbərlər
Naməlum uçan obyekt görünüb - Quba sakini şokda - VİDEO
Quba səmasında naməlum uçan obyekt görünüb.BAKU.WS xəbər verir ki, Quba rayon sakini Toğrul Əsgərəliyev üzləşdiyi qəribə hadisə haqqında "ATV xəbər"ə danışıb. S...